Bakıda daha bir küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib.
7news.az məlumatına görə, söhbət uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Binəqədi rayonu Abay Kunanbayev küçəsindən gedir.
Təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burda zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb.
Daha sonra küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.
7news.az








