RU
Bu küçə axşam 10-dan bağlanacaq
21:15
953

Bu küçə axşam 10-dan bağlanacaq

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

7news.Az xəbər verir ki, Hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ