RU
Bu ölkə adını dəyişdi: Artıq İslam Respublikası deyil
13:35
396

Bu ölkə adını dəyişdi: Artıq İslam Respublikası deyil

Qambiyanın yeni prezidenti Adama Barrov vəzifəsinin icrasına başladığı ilk gün ölkəsinin adını dəyişdirməyi qərara alıb.

7News.az xarici mətbuata istinadən bildirir ki, artıq bu ölkənin adındakı İslam Respublikası sözü çıxarılacaq. 

Siyasi qalmaqallara meydan olan ölkədə keçmiş prezident Yəhya Jammehdən vəzifəni təhvil alan yeni prezident ölkənin bundan sonra İslam Respublikası olmayacağını  bəyan edib.  
Qərbi Afrika respublikalarının təhdidi altında olan və ünvanına sərt bəyanatlar səsləndirilən Qambiyada yeni prezidentin qərarı etirazla qarşılanıb. Əhalisinin 90 faizi müsəlman olan Qambiyada xristianlar və animistlər də yaşayır.  Bunu nəzərə alan prezident ölkənin bundan sonra sadəcə Qambiya olacağını vurğulayıb. 

Qeyd edək ki, keçmiş prezident 2015-ci ildə əhaliyə müraciətlə "Ölkəmizin taleyi uca Allahın əlindədir. Bu gündən etibarən Qambiya İslam Respublikasıdır. Vətəndaşlarımıza hörmət edən bir islam dövləti olacağıq” demişdi. 

2 il sonra isə yeni prezident ölkənin adını dəyişdirmək qərarını elan edib.//Cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ