RU
Bu ölkə
12:11
504

Bu ölkə "cayır-cayır" yanır — Çox sayda ölü var + FOTO, VİDEO

Cənubi Amerika ölkələrindən biri olan Çili tarixinin ən böyük yanğını ilə üz-üzədir.

Çilinin paytaxtı Santiaqodan 360 km aralıqdakı Maule ərazisi və ətrafı yanğının əsarəti altına düşüb. Ardı-arası kəsilməyən yanğınlar nəticəsində 11 nəfərin öldüyü və 240 min hektar ərazinin yandığı bildirilir. 2 həftə öncə başlamış meşə yanğınları yüksək isti hava və quraqlıq nəticəsində daha sürətlə yayılıb və təhlükəli hal alıb. Yanğında minlərlə evin yanması və 100-dən çox yanğınsöndürmə komandasının bu işlə məşğul olması qeyd edilir. 

Fransa, Rusiya, ABŞ və Peru yanğından zərər görən bölgələrə yardım göndərib./olke.az
 
7news.Az


 


 


 



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ