RU
Bu ölkə suyun altında qala bilər - Şok xəbərdarlıq
11:40
337

Bu ölkə suyun altında qala bilər - Şok xəbərdarlıq

Donbasda üçtərəfli təmas qrupunda ukraynalı nümayəndə heyətinin rəhbər müavini Vitold Fokin genişmiqyaslı ekoloji fəlakət təhlükəsi barədə xəbərdarlıq edib.  Fokin bu barədə "Strana.ua” saytına müsahibəsində deyib. O bildirib ki, Donbasda infrastrukturun məhv edilməsi bir çox mədənin su altında qalmasına və su anbarlarının daşmasına səbəb olub. Onun sözlərinə görə, tez bir zamanda onların təmizlənməsi üçün işlər görmək lazımdır, əks təqdirdə su bütün yerli çay və gölləri dolduracaq və daha sonra Azov və Qara dənizə yol tapacaq. "Çoxları buna göz yumur, amma yaxınlaşan fəlakət Çernobıl qəzasından daha böyük ola bilər”, - deyə Fokin müsahibəsində vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ