İraq hökümət Türkiyənin Bağdad səfirini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası verib.
Bu barədə məlumatı İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal verib. O bildirib ki Türk hərbi qüvvələri ilə əlaqədar bu ölkənin Bağdad səfiri Faruk Kaymakcıya sərt üslubla yazılmış rəsmi etiraz notası təqdim olunub.
Qeyd edək ki, keçən həftə də Türkiyə, İraqın Ankara səfiri Hişam Əli Əkbər İbrahim əl Alevini Xarici İşlər Nazirliyinə çağıraraq, şifahi və yazılı olaraq nota vermişdi. Hər iki ölkənin diplomatik dairələri arasındakı gərginlik davam edir./qaynarinfo.az
7news.Az








