RU
Bu ölkədə 11 deputat virusa yoluxub
14:00
252

Bu ölkədə 11 deputat virusa yoluxub

Misirdə daha iki parlament üzvü COVID-19-a yoluxub.

Deputat Əbdül Rəhim Əli Liviya böhranı ilə bağlı danışıqlarda iştirak etdiyi Parisdə yüksək temperaturla özəl xəstəxanaya çatdırılıb və yeni növ koronavirusa yoluxduğu aşkar edilib. Misir parlamentinin İsgəndəriyyədən olan deputatı Hiazam əl-Həririnin də COVID-19-a yoluxduğu bildirilir. Beləliklə, bu ölkənin qanunverici orqanının üzvləri arasında yeni növ koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb. Parlamentin sözçüsü Salah Həsaballah jurnalistlərə bildirib ki, onlardan 6 nəfəri karantin xəstəxanalarında müalicə olunur. Eyni zamanda, Misir Nümayəndələr Palatasının spikeri parlamentin iyulun 5-də keçiriləcək iclasının təxirə salınmayacağını bəyan edib.

Misirin Səhiyyə Nazirliyi iyunun 28-də ölkədə COVID-19 pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Qeyd olunub ki, son sutka ərzində daha 81 pasiyent vəfat edib, həyatını itirənlərin ümumi sayı isə 2789 nəfərə çatıb. Bundan başqa, 1265 yeni yoluxma qeydə alınıb və yeni növ koronavirusa yoluxanların sayı 65 min nəfərdən çoxdur. /Azərtac

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ