RU
Bu ölkədə 30 ildə ilk dəfə ana altı əkiz dünyaya gətirib
16:20
496

Bu ölkədə 30 ildə ilk dəfə ana altı əkiz dünyaya gətirib

Otuz ildə ilk dəfə Fransada qadın altı əkiz dünyaya gətirib.

7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı yazır.

Beş qız və bir oğlan uşağı qeysəriyyə əməliyyatı ilə Strasburq xəstəxanasında dünyaya gəliblər

Uşaqların çəkisi 630-730 qram arasındadır.

Əməliyyatda 30 nəfərdən ibarət həkim qrupu iştirak edib.

Yeni doğulan körpələr reanimasiyaya yerləşdiriliblər. Onlar xəstəxanada hələ bir neçə ay saxlanılacaqlar.

Qadının bu uşaqlardan əlavə, iki böyük övladı da var.

Fransada sonuncu dəfə belə doğuş hadisəsi 1989-cu ildə Paris xəstəxanasında baş verib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ