RU
Bu ölkədə 5,8 bal gücündə zəlzələ oldu
10:40
37

Bu ölkədə 5,8 bal gücündə zəlzələ oldu

Qvatemalada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri Takana şəhərindən 6 km şimal-qərbdə, ocağı isə 140 km dərinlikdə olub.

Hər hansı bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ