RU
Bu ölkədə Azərbaycan dili öyrədilir
03:00
1269

Bu ölkədə Azərbaycan dili öyrədilir

Kiyev məktəblərində 6 ildir Azərbaycan dili sinifləri fəaliyyət göstərir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna Radasının elm və təhsil məsələləri komitəsinin sədri Liliya Qrineviçin dəstəyi ilə Kiyevdəki 37, 135, 188, 247 və 291 nömrəli orta məktəblərində Azərbaycan dili siniflərində həmyerlilərimiz təhsil alırlar

Bu təhsil müəssisələrində 120-dən çox gənc həmvətənimiz və onların müxtəlif xalqlardan olan yaşıdları müəllim Səfayə Naibovanın rəhbərliyi ilə Azərbaycan dilini, Odlar Yurdunun ədəbiyyatını və tarixini öyrənir. Bununla yanaşı, onlar milli adət-ənənələrimizlə də tanış olurlar.

Yeri gəlmişkən, namuslu əməyinə və elm-təhsil prosesinə şəxsi töhfəsinə görə Səfayə Naibova Kiyevin Desna rayonunun profil departamentinin fəxri fərmanına layiq görülüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ