RU
Bu ölkədə güclü yağışlar nəticəsində 21 nəfər öldü
11:40
17

Bu ölkədə güclü yağışlar nəticəsində 21 nəfər öldü

Dominikan Respublikasında güclü yağışların səbəb olduğu daşqınlarda 21 nəfər ölüb

7News.Az xarici mediaya istinadən xəbəe verir ki, Fövqəladə Hallar Mərkəzindən verilən açıqlamada noyabrın 17-dən etibarən davam edən leysanın insanların can və mal itkisinə səbəb olduğu bildirilib. 

Güclü yağışların səbəb olduğu daşqınlarda indiyədək 4-ü ABŞ, 2-si Haiti vətəndaşı olmaqla 21 nəfərin həyatını itirdiyi bildirilib. 

Axtarış-xilasetmə işlərinin davam etdiyi ölkədə ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var. 

Dominikan Respublikasının Prezidenti Luis Abinader təbii fəlakət nəticəsində həyatını itirənlər üçün 3 günlük milli matəm elan etdiklərini açıqlayıb. 

Qeyd edək ki, 1583 ev daşqınlardan zərər çəkib, 7 915 nəfər təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb. Yağış bir çox rayonları işıqsız qoyub.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ