RU
Bu ölkədə hər 10 qadından 7-si...
14:18
2293

Bu ölkədə hər 10 qadından 7-si...

Onları sevirəm, ürəyim yanır bu qızlara. Öz övladlarım kimi baxıram bu qızlara. Amma eyni zamanda, bu qızların sutenyoruyam. Onlara müştəri tapıram, xidmətlərini satıram. Belədir həyatımız.

Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbidə yaşayan 40 yaşlı Berta fahişəxana saxlayır. Onun "işçilər"i arasında ən gənci 15, ən yaşlısı isə 43 yaşdadır.
Bertanın sözlərinə görə, fahişəliyə kimsəni vadar etmir.
"Qızların hamısı yoxsul ailələrdəndir. Onlar ailələrini dolandırmaq üçün bədənlərini satırlar", - Berta söyləyib.

Berta müştəriləri şəhərdəki ucuz otellərdən birində qəbul edir.
Papua-Yeni Qveniyada bordellər və fahişəlik qanunla qadağan olunsa da, ölkədəki gənc qadınların təqribən 78 faizi fahişəliklə məşğul olur.
Yerlilərin "pamuk meri" adlandırdıqları bu qadınların arasında ən ağır dəri-zöhrəvi xəstəliklər, habelə QİÇS/HİV geniş yayılıb.
BMT ekspertlərinin dediklərinə görə, ölkədə 15-24 yaş arasında olan hər 10 qızdan 7-si fahişəliklə məşğul olur.

"Onlar bədənlərini pul, yemək, gecələmək üçün yer, habelə təhsil pulunu ödəmək üçün vəsait müqabilində satırlar", - hesabatda deyilir.
USAID ekspertləri isə vurğulayırlar ki, Papua-Yeni Qvineyada fahişəliklə məşğul olan qadınlar "məşğuliyyət"lərini ailə üzvlərindən gizləməyə çalışırlar.
Onların 80 faizi əvvəllər təcavüzə məruz qalıblar. Anonim sorğuya qatılan fahişələrin 70 faizi isə dəfələrlə təcavüz ediləndən sonra bu yolu tutduqlarını söyləyiblər.
Bu zavallıları zorlayanlar arasında tanışları, qohumları, hətta ailə üzvləri, habelə ölkədə "raskals" kimi tanınan küçə bandalarının mənsubları var.

Berta danışır: "Qızlara analıq edirəm. Onlara deyirəm ki, prezervativlərdən istifadə etsinlər, müştəri ilə spirtli içki içməsinlər, avtomobilə minərək uzağa getməsinlər, çətinliyə düşən kimi mənə zəng vursunlar. Onların nə ilə məşğul olduqları önəmli deyil - önəmli olan bu qızların yaşamasıdır"./milli

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ