RU
Bu ölkədə kartof əkini qadağan edildi - Suya qənaət üçün
14:20
312

Bu ölkədə kartof əkini qadağan edildi - Suya qənaət üçün

İranın Lorestan vilayətinin Silsilə rayonunda kartof əkini qadağan edilib.

7News.Az trend-ə istinadən xəbər verir ki, rayonun qubernatoru Şərif Xosrəvi deyib ki, müsbət nəticə olacağı halda qərar vilayətin digər rayonlarında da tətbiq olunacaq.

Ş.Xosrəvi əlavə edib ki, ötən il suya ehtiyacı olan məhsulların əkini azaldılıb. O cümlədən rayonda 3,5 min hektar kartof sahəsi 1,3 min hektara qədər azaldılıb.

 

Qubernator bu addımın su və torpaq ehtiyatlarının qorunması istiqamətində atıldığını deyib:

"Bunun əvəzində isə yüksək iqtisadi effektivliyi olan məhsullar, o cümlədən zəfəran və dərman bitkilərinin əkilməsi üçün proqram tənzimlənib".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ