"Hesab edirəm, Qubad İbadoğlu mövzusu, işi ilə bağlı hələ çox mətləblər, gizlinlər üzə çıxacaq və o zaman hər kəs görəcək ki, bu ölkədə kimsə siyasi mənsubiyyətinə, müxalifətçi olduğuna görə həbs edilmir” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Sadəcə səbrli olmaq və istintaqın gedişini izləmək lazımdır. Vəssalam.
Eyni zamanda bir məqamı qeyd edim: İndi Qubaddan qəhrəman düzəltmək istəyən radikal müxalifət nümayəndələri vaxt vardı ona satqın deyirdilər, onu ətraflarına buraxmırdılar, İbadoğlunu ələ salırdılar. Bəs nə oldu? Fikirləri beləmi tez dəyişdi? Bəli, dəyişdi. Çünki bu anti-milli ünsürlər nəinki fikirlərini, hətta simalarını belə özlərinə sərf edərkən qəfildən, anidən dəyişməyə hazırdırlar, qadirdirlər.
Üstəlik, Cəmil Həsənlinin panikası da başa düşüləndir. Axı o uzun illərdir Qubadla bərabərdir və güman ki, hər işin altına da bərabər giriblər. Yəni, Cəmilin dərdi Qubad dərdi deyil, öz dərdidir. Əli Kərimli kimi vətən xainləri isə populizm, siyasi artistlik naminə bu məsələni böyütməyə, şişirtməyə və beynəlxalq aləmə yanlış bir formada təqdim etməyə çalışırlar.” – deyə Partiya sədri fikirlərinə davam edib.








