RU
Bu ölkədə qohumlarla evlənmək
11:09
1705

Bu ölkədə qohumlarla evlənmək

Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.

Bu barədə 7News.Az “RİA Novosti”yə istinadən xəbər verir. 

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. Bundan əlavə, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər”, - deyə məlumatda bildirilir. 

Bundan başqa, xaricdən vətənə qayıdan tacik miqrantlar mütləq qaydada tibbi müayinədən keçəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ