RU
Bu ölkədə şiddətli qasırğa başladı: Ordu hərəkətə keçdi
14:40
34

Bu ölkədə şiddətli qasırğa başladı: Ordu hərəkətə keçdi

Tayvanda "Gaemi" qasırğası ilə bağlı üç şəhərdə elektrik enerjisi tamamilə kəsilib.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, ordu tayfundan zərər çəkən insanlara kömək etmək üçün hərəkətə keçib.

Tayvan mediası qasırğa nəticəsində 1 nəfərin öldüyünü, 58 nəfərin yaralandığını açıqlayıb. 

Yeni Taypey və 10 rayondan 4 min 18 nəfər təxliyə edilərkən, 458-i ağacların aşması, 163-ü isə infrastruktura ziyan dəyməsi ilə bağlı 962 fəlakət xəbərinin daxil olduğu bildirilib. 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ