Almaniya Səhiyyə Nazirliyi yoluxma daha çox olan ölkələrdən qayıdan vətəndaşlar üçün pulusuz koronavirus testlərini təşkil edəcək.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Almaniya Federal Səhiyyə Nazirliyi Komissiyasının rəhbəri Dilək Kalaycı Almaniyada koronavirusun ölkə ərazisində geniş yayılmasının qarşısının alındığını bildirib:
"Risk qrupuna daxil olan ölkələrdən qayıdan vətəndaşlar hava limanlarında könüllü və pulsuz olaraq koronavirus testindən keçiriləcəklər. "COVİD 19" virusunun daha az yayıldığı ölkələrdən qayıdan vətəndaşlar isə hava limanında deyil, xəstəxanalarda əlavə pul ödəmədən könüllü şəkildə analiz etdirə bilərlər. Bundan əlavə, Almaniyaya gələnlər 14 gün karantində saxlanılacaqlar".
7News.Az








