RU
Bu ölkənin 66 nəfər sakini var
02:40
723

Bu ölkənin 66 nəfər sakini var

Bir müddət əvvəl sizə dünyanın ən kiçik şəhərləri haqda məlumat təqdim etmişdik. Məlum oldu ki, dünyada hətta bir nəfərin yaşadığı şəhər də varmış.

Daha bir siyahı tərtib olunub. Bu dəfə dünyanın ən az əhaliyə sahib ölkələrinin adı açıqlanıb. Sən demə dünyada 66 sakini olan ölkə də varmış.

Siyahıda birinci yeri Pitkern adaları tutur. Böyük Britaniyanın müstəmləkəsi olmuş, Sakit Okeanda yerləşən ölkənin cəmi 66 sakini var.

Sakit Okeanda yerləşən digər ada - Kokosda isə siyahının ikinci pilləsində qərarlaşıb. 550 nəfər əhalisi olan adada məskunlaşan insanların demək olar ki, hamısı bir-birilə qohumdur.

Digər bir cırtdan ölkə isə Vatikandır. Burada cəmi 880 nəfər yaşayır. Roma Katolik kilsəsinin mərkəzi hesab olunan ölkə, ərazisinin kiçik, əhalisinin sayınının az olmasına baxmayaraq, turizm məkanı kimi çox məşhurdur. 44 hektar sahəsi olan cırtdan dövləti hər il milyonlarla turist ziyarət edir.

7news.az

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ