Dollar qalxan kimi avtomatik olaraq bütün məhsulların qiymərində 2 dəfəyə yaxın bahalaşma müşahidə olundu. Hətta çörəyin qiymətinə və çəkisinə belə müdaxilə edildi.
Yaranmış vəziyyətdən istifadə edən bəzi “sahibkarlar” süni bahalaşmaya əl atdı. Dollar qalxmazdan əvvəl alınan malları yeni qiymətlərlə piştaxtalara düzdü.
Amma bəzi marketlər ki var, onların sahibi insan olduqlarını sübut etdi. Qiymət artımı baş verməzdən əvvəl gələn məhsulları bahalaşdırmadı.
Yasamal rayon Şərifzadə keçəsində yerləşən dükanlardan birində (Qəbələ market) belə bir hadisəylə qarşılaşdıq. Səbəbini soruşduqda dedilər ki, bu məhsullar dollar qalxmazdan əvvəl gəldiyi üçün köhnə qiymətlə satılır. Yeni məhsullar gələn kimi biz də yeni qiymətləri tətbiq edəcəyik. /atv
7News.Az








