RU
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
16:30
326

Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Binəqədi rayonu, "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə 7News.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək "Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ