RU
Bu məktəbdə bir neçə müəllim koronavirusa yoluxub
17:33
114

Bu məktəbdə bir neçə müəllim koronavirusa yoluxub

Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəllimi COVID-19 infeksiyasına yoluxub. 

Bu barədə "Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVID-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub. 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ