RU
Bu məktəbdə müəllim və şagirdlərin həyatı üçün təhlükə var - VİDEO
15:50
467

Bu məktəbdə müəllim və şagirdlərin həyatı üçün təhlükə var - VİDEO

Goranboyun Bağçakürd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Məktəbin divarlarında çatlar, döşəmədə iri yarıqlar əmələ gəlib, pəncərələrin bəzilərinə sellofan çəkilib.

Günbəgün böyüyən Bağçakürd kəndində şagirdlərin sayı da artır. Nəticədə kəndin məktəbində də sıxlıq yarandığından müəllimlər məcburiyyətdən taxta konstruksiyalı yararsız siniflərdə dərs keçməli olurlar.

Məktəbdə qış aylarında siniflərin normal isidilməsi də mümkün olmur. Döşəmədə iri yarıqlar, divar və tavanın uçuq-sökük hissələri buna imkan vermir.

Goranboy rayon Təhsil Şöbəsindən bildirildi ki, məktəbdəki vəziyyət barədə Təhsil və Fövqəladə Hallar nazirliklərinə, eləcə də Rayon İcra Hakimiyyətinə məlumat verilib.

Qeyd edək ki, Bağçakürd tam orta məktəbində ikinövbəli olmaqla 307 şagird təhsil alır./milli

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ