RU
Bu məktəbə saçlı gedən saçsız qayıdır
16:00
1297

Bu məktəbə saçlı gedən saçsız qayıdır

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Bir qrup valideyn TTV-yə zəng edərək məktəbdə müəllimin şagirdlərin saçını qırxdığını iddia edib.

Məktəbin qarşısına yığılan şəxslər valideynlər və Elşad Tağıyev adına Tovuz rayon Cəlilli kənd tam orta məktəbinin müəllim kollektividir. Onlar müəllimi şagirdə qarşı heç bir təlim tədris qaydalarına sığmayan davranışda ittiham edirlər.

Kamera qarşısına keçmək istəməyən valideynlər bildirirlər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb.

Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb. Bizə isə qalır komissiyanın araşdırmalarının yekun nəticəsini gözləmək. Təbii ki, ədalətli qərar təlim-tərbiyə müəssisəsi olan orta məktəblərdə bu kimi xoşagəlməz halların yaranmasının qarşısını alacaq.

7News.Az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ