Qatar sürətlə gedərkən onun altında hansısa maneə olduqda təhlükəlidir. Qatarı yoldan çıxara bilər ki, nəticədə dəhşətli faciə baş verə bilər.
Maşinist Zakir İbrahimov deyir ki, Bakı-Sumqayıt sürət qatarına kənardan təhlükələr çoxdur. Relslərin ətrafına mal-qaranı buraxanlar da var, sürət qatarını daşa tutanlar da. Ötən gün isə relslərin üstünə mişar daşı düzən məktəblilər relsdən maraqlı səs gələcəyini gözləyiblər. Lakin yaranan səs-səda onları polis bölməsinə aparıb.
Şagirdlər Binəqədi rayonunda yerləşən 100 və 143 saylı orta məktəblərdə təhsil alırlar. Biri 9-cu, o biri isə 11-ci sinif şagirdidir./atv
7news.az








