Ötən ay Parisdə yerləşən Palais de Tokio muzeyi yeni sərgilərini sənətsevərlərin çılpaq gəzə biləcəklərini açıqlamışdı.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün həmin sərgi açılıb və bir neçə sənətsevər muzeyi çılpaq gəzib.
Sərgini Palais de Tokio muzeyi ilə birgə Paris Çılpaqlar Dərnəyi təşkil edib.
Muzeyi ziyarətə gələn dərnək üzvləri çılpaq vəziyyətdə mətbuata açıqlama veriblər.










