RU
Bu qadın 9 aya arıqladı
10:37
1247

Bu qadın 9 aya arıqladı

“Çox köksən”..., “Sumo döyüşçüsü kimisən”... Artıq çəki səbəbindən addımbaşı eşitdiyi bu cür sözlər Şükran Şəni o qədər əsəbləşdirdi ki, 40 yaşlı qadın “mütləq arıqlayacam” deyə qarşısına məqsəd qoydu.Və 9 ayda 67 kilo arıqlayaraq ətrafdakıları heyrətə gətirdi.

Şükran kiçik yaşlarından idmanla məşğul olub. Lakin idmana ara verdikdən sonra sürətlə kökəlməyə başlayıb və 40 yaşında çəkisi nə az, nə çox 118 kilo olub. Kökəlməsi səhhəti ilə bərabər 40 yaşlı qadının psixologiyasında da problemlərə yol açıb. Getdiyi hər yerdə məsxərəyə qoyulduğunu deyən Şükran, yemək süfrəsi arxasında qohumlarından birinin “sumo döyüşçüsü kimisən” deməsindən sonra, əvvəl mədəsinin bir hissəsini götüzdürür, daha sonra pəhriz və idman sayəsində 118 kilodan 67 klaqramını ata bilir...

İndi o, rahat şəkildə hərəkət edir, istədiyi yerə gedə bilir. Aparılan müayinələrdən sonra həkimlər Şükran Şənin səhhəti ilə bağlı heç bir problemin olmadığını bildiriblər./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ