RU
Bu qadın hara gedir, terror baş verir – VİDEO + FOTO
15:50
401

Bu qadın hara gedir, terror baş verir – VİDEO + FOTO

Avropada 3 şəhərdə terror hücumları ilə rastlaşan Avstraliya sakini Culia Monako 1 il ərzində 3 dəfə şok yaşayıb.

Culia avqustun 17-də Barselonanın Rambla küçəsində baş verən terror zamanı iki rəfiqəsi ilə hadisənin yaxınlığındakı ticarət mərkəzində olub.

Qadın bu ilin iyununda Londonda baş verən bıçaqlı hücum zamanı da şəhərin həmin bölgəsində, metroda imiş.

Az sonra Londondan Parisə gələn Culia Monako məşhur Notr-Dam kilsəsinə baş çəkərkən bir polis soyuq silahla hücuma məruz qalıb.

Bununla belə, avstraliyalı xanım səyahətə davam edəcəyini deyib: "Haranı görmək istəsəm, ora gedəcəm. Evə qayıtmaq fikrində deyiləm"./teleqraf

 

 

 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ