RU
Bu qadın heç bir fəsildə üşümür
11:41
1100

Bu qadın heç bir fəsildə üşümür

Bu qadın qış geyimlərinə nifrət edir.

Elə buna görə də ilin 4 fəsli, hava şəraitindən asılı olmayaraq yalnız yay geyimlərində gəzir.

Rusiyanın Tolyatti şəhərində yaşayan 50 yaşlı Qalina deyir ki,o, hələ yeniyetməlik dövründən qalın geyimlərə əlvida deyib. Elə buna görə də qışın oğlan çağında- qar yağsa, şaxta olsa belə çölə yay paltarında, yay ayaqqabısında çıxır. Təbii ki, Qalinanı bu vəziyyətdə görən insanlar istər-istəməz təəccüb edir, ona yaxınlaşaraq suallar verməyə, şəkil çəkməyə başlayırlar. Hətta əksəriyyət onu şəhərin “qar qızı” adlandırır.

İllərdir qohumları, yaxınları onun xəstələcəyindən qorxaraq etirazlarını bildirsələr də, bu qadın əksinə, zərrə qədər də üşümədiyini və çoxlarından daha sağlam və gümrah olduğunu iddia edir./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ