RU
Bu qadına bütün parklar yasaqlandı
15:52
1549

Bu qadına bütün parklar yasaqlandı

ABŞ-ın San-Dieqo şəhərində yaşayan 23 yaşlı Keysi Noketin məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarına görə, ona ölkə ərazisindəki istisnasız olaraq bütün milli parklara və qoruqlara giriş yasaqlanıb. Bundan başqa, o, 200 saatlıq ictimai işlərə və böyük məbləğdə cəriməyə məhkum edilib.
Səbəb isə Keysi Noketin ölkədəki milli parkları dolaşaraq qayaların üzərinə eybəcər rəsmlər çəkməsi, sonra da həmin qraffitiləri sosial şəbəkələrdəki profillərində paylaşmasıdır.
2014-cü ildə 26 gün ərzində 7 milli parkda olan Keysi Noket akril boyalar və markerlərdən istifadə edərək qayalıqlara "əsər"lərini çəkmiş, bu "əl iş"lərini "Creepytings" kəlməsi ilə imzalamışdı.
 

7News.Az

 








BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ