Bu iki qadın (bir orta yaşlı, digəri isə gənc qız) əsasən "20 Yanvar" və digər metro stansiyalarının yaxınlığında duraraq, oradan keçən kişilərə: "Qardaş, səni bir dəqiqə olar? Yolda qalmışıq, evə gedə bilmirik, bizə bir manat pul verə bilərsən?" deyə müraciət edirlər.
Pul aldıqdan sonra yenidən orada dayanıb dilənməyə davam edirlər.
Onlar bir neçə adamdan pul alsalar da, yenidən başqa adamları tovlamaqda davam edirlər.