"Hazırki dövrdə "Siyasi partiyalar haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi qaçınılmaz bir haldır. Çünki artıq 30 ilə yaxındır ki, bu qanun layihəsində dəyişikliklər edilməyib. Hər bir sahədə, hər bir məsələdə əgər biz müasir tələblərlə ayaqlaşmaq deyiriksə bu məsələdə də yeniliklərə cavab verən addımlar atmalıyıq”.

Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib: "Artıq müxalifət cəbhəsi də yeniliklərlə razılaşmalı və "çığır-bağır” salmaqla atılan addımlara mane olmamalıdır. Anlamalıdırlar ki, artıq 2022-ci ildir. Azərbaycan o Azərbaycan deyil, inkişaf etmiş, dünyada sözü sayılıb-seçilən dövlətlərdən biridir. Xalq-iqtidar birliyi var. Bunlar isə hələ də "naftalin qoxusu" verən siyasi platforma ilə, şüarlarla çıxış edir, bəyanatlar verirlər. Bu, çox təəssüf doğurur. "Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib və 40-a yaxın partiya artıq təklifini verib. Hətta AXCP-nin səlahiyyətlilərinin nəyi tələb etdikləri, nədən danışdıqları belə bəlli deyil. Çünki bu insanlar heç layihəni oxumayıblar, tanış da deyillər. Yalnız bəhanə lazımdır ki, insanları küçəyə çağırsınlar, onları qabağa verərək arxasında gizlənsinlər. Bunların hər biri qanunaziddir. İqtidarlı, müxalifətli hər birimiz Azərbaycanın inkişafına çalışmalıyıq. Müxalifətin əsas rolu iqtidarın buraxdığı səhvləri görərək öz təkliflərini verməkdir. İqtidar da öz üzərində güclü müxalifət hiss edərək daha diqqətli çalışmalıdır. Təəssüf edirik ki, "müxalif” dediyimiz bəzi insanlar artıq bu missiyadan çıxıblar. Bu, müxalifətçilik deyil, konkret dövlətə, xalqa düşmənçilikdir. Qarayaxma, mənasız fikirlərlə, köhnəlmiş şüarlarla hakimiyyətə alternativ olmaq, iqtidar-müxalifət olmaq mümkün deyil. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edən bir ölkədir. Bu inkişaf sürətlə gedir. Xalqın mütləq əksəriyyəti ölkə Prezidenti İlham Əliyevin ətrafındadır. O İlham Əliyev ki bu gün həm də sərkərdə adını daşıyır. Yüz illərlə qələbə dadmayan bir xalqa onun qəhrəman, igid oğulları ilə qələbəni daddırdı. Biz artıq müzəffər xalqıq. Yalnız tərəqqidən, inkişafdan danışırıq. Belə cılız, ucuz məsələlərlə bizi yolumuzdan döndərə bilməyəcklər. Qeyd edim ki, layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib, yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir”.

"Uzun müddətdir ölkənin siyasi həyatında gündəm olan "Siyasi partiyalar haqqında” qanun layihəsi dekabrın 16-da Milli Məclisdə 3-cü oxunuşdan sonra qəbul edildi. Qeyd edim ki bununla bağlı parlamentdə təmsil olunan partiya nümayəndələri "Siyasi partiyalar haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət etmişdilər.”
Bunu 7NEWS.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib: "Bu təklif Milli Məclisin sədri tərəfindən dəstəklənib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilmişdir. Bununla əlaqədar parlamentin müvafiq komitə və komissiyalarında ölkəmizin siyasi mənzərəsinin və dünya düzəninin yeni çağırışlarına cavab verəcək qanun layihəsinin üzərində gərgin və keyfiyyətli işlər başlamışdır. 47 siyasi partiyadan 250 dən çox qəbul olunmuş rəylər və təkliflər geniş ictimai müzakirələrdən öyrənilmiş, partiya təmsilçilərinin və qeyri hökumət təşkilatlarının birgə iştirakı ilə parlamentdə dinləmələr keçirilmiş, mətbuatda və sosial şəbəkələrdə müzakirələrdə olunan təkliflərdə nəzərə alınaraq yəni və mütərəqqi qanun layihəsi qəbul olunması üçün "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə uyğun yeni formada qəbul olunması üçün Parlamentin plenar iclasına tövsiyə edilmişdir. Siyasi partiyalar haqqında qanun layihəsi 30 il bundan əvvəl qəbul edilmişdir. Bu müddət ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermişdir. Ölkəmiz dünyanın müasir inkişaf tempinə tam adekvat cavab verən istər siyasi istərsə də iqtisadi beynəlxalq münasibətlər sistemində öz sözünü deyən bir ölkəyə çevrilmişdir. Ölkəmiz həm də bu 30 ildə qalib dövlət statusunu əldə etmişdir ki bu da eyni zamanda ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmlətmişdir. Bütün bu hallar təbii ki yeni siyasi konfiqurasiyanın yaranmasını və "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasını şərtləndirmişdir. Yeni qanun layihəsi hazırlanarkən bir çox inkişaf etmiş Avropa ölkələrindəki bu sahədəki təcrübələr öyrənilmiş, milli mənəvi dəyərlərin qorunub saxlanılması təmin olunmuş həmçinin Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də tam nəzərdən keçirilmişdir. Bu təcrübələri öyrənərkən aydın olmuşdur ki bu illər ərzində Avropa ölkələrindəki siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. "Siyasi partiyalar haqqında "bu kontekst xüsusilə nəzərə alınaraq yeni qanun layihəsində siyasi partiya anlayışı, partiyanın təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələbləri, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlərin tam aydın göstərilməsini təmin etmiş bir qanun layihəsidir.Odur ki, tam əminliklə deyə bilərik ki, yeni qəbul olunmuş "siyasi partiyalar haqqında” qanun ölkəmizin demokratik dəyərlərə sadiqliyini özündə bir daha əks etdirən və ölkəmizin yeni siyasi konfiqurasiyasının tələblərinə cavab verən və ən əsası da ölkədəki bütün siyasi sistemi əhatə edən partiyaların tələblərinə cavab verən mütərəqqi bir qanundur.”

"Hazırki dövrdə "Siyasi partiyalar haqqında” qanun layihəsində dəyişikliklərin edilməsi qaçınılmaz bir haldır. Çünki artıq 30 ilə yaxındır ki, bu qanun layihəsində dəyişikliklər edilməyib. Hər bir sahədə, hər bir məsələdə əgər biz müasir tələblərlə ayaqlaşmaq deyiriksə bu məsələdə də yeniliklərə cavab verən addımlar atmalıyıq”.
Bunu 7NEWS.az-a açıqlamasında deputat Elşən Musayev deyib: "Artıq müxalifət cəbhəsi də yeniliklərlə razılaşmalı və "çığır-bağır” salmaqla atılan addımlara mane olmamalıdır. Anlamalıdırlar ki, artıq 2022-ci ildir. Azərbaycan o Azərbaycan deyil, inkişaf etmiş, dünyada sözü sayılıb-seçilən dövlətlərdən biridir. Xalq-iqtidar birliyi var. Bunlar isə hələ də "naftalin qoxusu" verən siyasi platforma ilə, şüarlarla çıxış edir, bəyanatlar verirlər. Bu, çox təəssüf doğurur. "Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib və 40-a yaxın partiya artıq təklifini verib. Hətta AXCP-nin səlahiyyətlilərinin nəyi tələb etdikləri, nədən danışdıqları belə bəlli deyil. Çünki bu insanlar heç layihəni oxumayıblar, tanış da deyillər. Yalnız bəhanə lazımdır ki, insanları küçəyə çağırsınlar, onları qabağa verərək arxasında gizlənsinlər. Bunların hər biri qanunaziddir. İqtidarlı, müxalifətli hər birimiz Azərbaycanın inkişafına çalışmalıyıq. Müxalifətin əsas rolu iqtidarın buraxdığı səhvləri görərək öz təkliflərini verməkdir. İqtidar da öz üzərində güclü müxalifət hiss edərək daha diqqətli çalışmalıdır. Təəssüf edirik ki, "müxalif” dediyimiz bəzi insanlar artıq bu missiyadan çıxıblar. Bu, müxalifətçilik deyil, konkret dövlətə, xalqa düşmənçilikdir. Qarayaxma, mənasız fikirlərlə, köhnəlmiş şüarlarla hakimiyyətə alternativ olmaq, iqtidar-müxalifət olmaq mümkün deyil. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edən bir ölkədir. Bu inkişaf sürətlə gedir. Xalqın mütləq əksəriyyəti ölkə Prezidenti İlham Əliyevin ətrafındadır. O İlham Əliyev ki bu gün həm də sərkərdə adını daşıyır. Yüz illərlə qələbə dadmayan bir xalqa onun qəhrəman, igid oğulları ilə qələbəni daddırdı. Biz artıq müzəffər xalqıq. Yalnız tərəqqidən, inkişafdan danışırıq. Belə cılız, ucuz məsələlərlə bizi yolumuzdan döndərə bilməyəcklər. Qeyd edim ki, layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib, yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir”.

"Ölkəmizdə uğurlu siyasi islahatların həyata keçirilməsi yeni siyasi konfiqurasiyanın formalaşmasını şərtləndirib. Bu amil siyasi münasibətlərin və dialoq mühitinin inkişafına əhəmiyyətli təsir göstərir.”
Bunu 7NEWS.az-a açıqlamasında millət vəkili Ramil Həsən deyib: "Belə bir şəraitdə "Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi də zamanın tələbi idi. Məlumdur ki, bir neçə ay öncə parlamentdə təmsil olunan siyasi partiyaların müraciəti əsasında Milli Məclisdə yeni qanun layihəsi hazırlanmışdı. Bu layihənin geniş ictimai müzakirəsi təşkil olunub və müzakirələr nəticəsində siyasi partiyalar tərəfindən irəli sürülən bir çox təkliflər nəzərə alınıb. Bütün bunlardan sonra noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Komitələrin birgə iclasında layihəyə müsbət rəy veriləndən sonra sənəd parlamentin plenar iclaslarında müzakirəyə çıxarıldı. Bir neçə dəfə müzakirələrdən sonra nəhayət, Milli Məclisin dekabrın 16-da keçirilən iclasında "Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.Ümumiyyətlə, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə əsas məqsəd bu sahədə təkmilləşdirmə işlərinin aparılması, siyasi mühitin yeni dövrün müasir çağırışlarına uyğunlaşdıırlması, güclü siyasi partiyaların formalaşdırılmasıdır. Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb. Sənəddə, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti, təbliğat və təşviqat prosesini genişləndirmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib. Layihədə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir. Layihənin ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanun layihəsində siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini atmış olduğu reform və islahatlar siyasətinin davamlı parçası olan siyasi partiyalar haqqında qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formaıaşmasına böyük bir töhfə verəcəkdir, ey zamanda atılan addımlar cəmiyyətin əksər qüvvələri tərəfindən tam şəkildə dəstəklənməkdədir. Şübhəsiz ki, ölkənin xarici və daxili siyasətində həyata keçirilən uğurlu tədbirlərin bir parçası da güclü cəmiyyətin formalaşması istiqamətində müxtəlif düşüncələrə, amma milli birlik və milli məqsəd naminə birləşmə gücünə sahib olan insanların bir və bərabər şəkildə sərbəst fikirlərini ifadə etmək üçün siyasi partiyalar daxilində fəaliyyətlərindən keçməkdədir. Bu istiqamətdə atılan hər bir mütərəqqi addım Azərbaycan dövlətinin və vətəndaşlarının inkişafına yönəldilmiş addımlardır. Bütövlükdə, "Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması ölkəmizdə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyətli rol oynayacaq. Bu sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa da öz töhfəsini verəcək.
Mənsur Mustafayev
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.6








