RU
“Bu qələbə İlham Əliyevin müdrik siyasəti nəticəsində mümkün olub” - BƏYANAT
13:56
174

“Bu qələbə İlham Əliyevin müdrik siyasəti nəticəsində mümkün olub” - BƏYANAT

27 sentyabr - Azərbaycan xalqı üçün qürur dolu bir gündür. Bu tarix 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsinin ilk günüdür.

Həmin gün ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmək uğrunda tarixi bir savaşa başladı və cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında möhtəşəm Zəfər qazanıldı.

Əlbət, çox gözləmişdik bu günü. Böyük səbrsizliklə gözləmişdik!

Çünki, artıq başqa çıxış yolu yox idi. Çünki, münaqişənin tənzimlənməsinə məsul olan ATƏT-in Minsk Qrupu de-fakto işləmirdi. Çünki, Ermənistan dövləti hətta BMT-nin Qətnamələrini də saymırdı, öz bildiyini edirdi, işğal altındakı torpaqları geri qaytarmırdı.

Belə olan halda isə ümid yalnız özümüzə qaldı və biz bu işi bacardıq!

İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində bacardıq. Xalqın öz Lideri ilə hər zamanki vəhdətinin müqabilində bacardıq. Müqəddəs şəhidlərimizin, dəyərli qazilərimizin mətinliyi, cəsarəti, mərdliyi sayəsində bacardıq. Qazandıq! Qalib gəldik və heç şübhəsiz ki, müharibənin sonunda imzalanan üçtərəfli saziş də, Ağdamın, Laçının, Kəlbəcərin bir güllə atılmadan işğaldan azad edilməsi də, daha sonra anti-terror əməliyyatı nəticəsində digər ərazilərimizin separatçılardan, terrorçulardan təmizlənməsi də, Azərbaycanın öz suverenliyinə tam qovuşması da məhz həmin qələbənin, Zəfərin məntiqli davamı idi.

Azərbaycan Demokratik Maarifçilik Partiyası olaraq biz, bu müqəddəs günün anlamını dərindən dərk edir, torpaqlarımız uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.

Eyni zamanda əminik ki, doğma Azərbaycanımız bundan sonra da öz qələbələrini ard-arda sıralayacaq və müdrik Liderimiz İlham Əliyevin rəhbərliyi altında növbəti uğurlara, müvəffəqiyyətlərə doğru addımlayacaq.

Tanrı xalqımızı, dövlətimizi və baş tacımız olan Prezidentimizi qorusun!

Tanrı müqəddəs şəhidlərimizə qəni-qəni rəhmət eləsin.


Azərbaycan Demokratik Maarifçilik Partiyası

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ