"Xalqımızı bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Hər zaman belə şad xəbərlər alaq. Müstəqilliyimiz, bütövlüyümüz, sevincimiz daimi olsun. Tanrı Azərbaycanımızı qorusun.” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Heç şübhəsiz ki, əldə etdiyimiz qələbənin əsas memarı İlham Əliyevdir. Ali Baş Komandan hər zamanki cəsurluğu, qətiyyəti və müdrikliyi ilə bizləri yenə qalib etdi, Azərbaycan tarixinə qızıl hərflərlə yeni səhifə yazdı. Zatən buna əmin idik. Zatən anlayırdıq, inanırdıq ki, İlham Əliyev hər şeyin öz zamanını bilir və onun atdığı, atacağı istənilən addım bizləri ancaq qələbəyə, zəfərə doğru apara bilər. Zatən fərqində idik ki, düşmənin ağ bayraq qaldıracağı gün uzaqda deyil. Ona görə də bu məqamda ən böyük təbriki və təşəkkürü məhz ləyaqətli liderimiz İlham Əliyev haqq edir.
Şükür bu günə. Eşq olsun mənim dövlətimə, millətimə, Prezidentimə. Eşq olsun qəhrəman Ordumuza!”- deyə Partiya sədri fikirlərinə davam edib.








