RU
Bu qərarın icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aiddir - Qənirə Paşayeva
20:21
668

Bu qərarın icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aiddir - Qənirə Paşayeva

"AŞPA Liberal Qrupun toplantısında Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" adlı şikayət ərizəsi üzrə çıxardığı qərarın bu günə qədər yerinə yetirilməməsi məsələsini qaldırdım."
Bu barədə 7news.az saytına millət vəkili özü məlumat verib: "Həmin qərar artıq yekun qüvvəyə minib və onun icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aiddir. Çıxışım zamanı bildirdim ki xeyli zaman keçməsinə baxmayaraq bu günə qədər Ermənistan Avropa Məhkəməsi qərarının yerinə yetirilməsi istiqamətində heç bir addım atmayıb və AŞPA-nı buna biganə yanaşmamağa çağırdıq."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ