RU
Bu qəzet Ərdoğanı ilin adamı elan etdi
01:47
361

Bu qəzet Ərdoğanı ilin adamı elan etdi

Qırğızıstanın “İskra Plus” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “İlin ən cəsur adamı” elan edib.

Manşetdə yer alan xəbərə “İlin ən cəsur adamı Rəcəb Tayyib Ərdoğan” başlığı qoyulub.

Bu səbəbdən Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç “İskra Plus” qəzetinin sahibi Adilet Aytikeyevi qəbul edib.

Aytikeyev səfirlikdə çıxışı zamanı Ərdoğanın Qırğızıstana və islam dünyasına verdiyi töhfələrdən dolayı ilin adamı seçildiyini vurğulayıb:

“Qardaş ölkədə Suriyadan 2 milyon qaçqın Türkiyədə məskunlaşıb. Prezident Rəcəb Tayyib Ərdoğan onlara yardım əlini uzatdı. Ərdoğanla qürur duyuram”.

Səfir Mətin Kılıç da ona öz təşəkkürünü bildirib./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ