Min bir dərdə dəva tapan həkimlər 19 yaşlı İsa Bella Leclairin üzləşdiyi sindromu aradan qaldıra bilmirlər.
Məsələ burasındadır ki, çox qəribə xəstəlikdən əziyyət çəkən qızın sağ ayağı sürətlə böyüyür. Kiçik yaşlarından müalicə olunmaq üçün müxtəlif tibb müəssələrinə üz tutsa da, onun dərdinə çarə tapmaq mümkün olmayıb.
İsa Bella Leclairin bir ayağı normal insan ayağı, digəri isə 18 kiloqram ağırlığında, sanki div ayağıdır. Lakin bu cür qüsurunun olmasına baxamayaraq, 19 yaşlı qız heç vaxt həyatdan əlini üzməyib. Kiçik yaşlarından ətrafda olan insanlar tərəfindən məsxərəyə qoyulsa da, özünə olan inamını itirməyib. Hətta gözəllik müsabiqələrinə belə qatılaraq, həmin müsabiqələrin qalibi olub.
"Mənim üçün özünə inam çox önəmlidi. Xəstəliyimin həyatımı alt-üst etməsinə heç vaxt imkan verməmişəm və verməyəcəm də. Xarici görünüşümdə qüsur ola bilər, əsas odur daxilimdə qüsur olmasın".
Qeyd edək ki, sağ ayağı 18 kiloqram ağırlığında olan qıza həkimlər yalnız amputasiya yolunu məsləhət görsələr də, o bununla heç vaxt razılaşmayacağını deyirlər.
7news.az








