RU
Bu rayonda tibb işçilərinin maaşları deputatlığa namizədin kampaniyasına xərclənəcək —
21:51
6805

Bu rayonda tibb işçilərinin maaşları deputatlığa namizədin kampaniyasına xərclənəcək —

Ağdamda yerləşən qəsəbələrin tibb məntəqələrinin işçilərinin maaşları verilməyəcək

Rayondan daxil olan məlumatda belə deyilir.

Alıbəyli-2, Səfərli, Quzanlı-1 qəsəbələrində yerləşən tibb məntəqələrinin işçilərinin  verdiyi xəbərə görə, onlara xəbərdarlıq olunub ki, bu ay onların maaşları verilməyəcək.

İşçilərin verdiyi xəbərə görə, həkimlərlə yanaşı tibb məntəqələrində çalışan hər bir işçinin, süpürgəçilərin belə maaşı bu ay verilməyəcək. Tibb işçiləri nə edəcəklərini bilmirlər. Məsələni dəqiqləşdirmək üçün Ağdamda yaşayan bir neçə həkimlə əlaqə saxladıq. Maaşın verilməyəcəyi məsələsi ancaq kənd və qəsəbələrdəki tibb məntəqələrinə aid ediləcək. Bu məsələnin Ağdam Mərkəzi Xəstəxanasında işləyən işçilərə aidiyyatı olmadığı deyilir.

Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Abbasova Gülnar parlament seçkilərində 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizədliyini verib.

Şikayətçilərin sözlərinə görə, onların maaşları tutularaq Abbasova Gülnarın seçkiqabağı kampaniyasına sərf ediləcək.

Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

Mövzuya yenidən qayıdacağıq.../olke

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ