RU
Bu rayonlarda qaz olmayacaq
20:15
1074

Bu rayonlarda qaz olmayacaq

Martın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ağsu” və “Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

7news.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ