Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilib.
Yeni qaydalar noyabr ayından qüvvəyə minib.Tələblərə əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında yalnız Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan dərman vasitələri buraxılır. Bu tələb dövlət qeydiyyatından keçən dərman vasitələri əsasında həkim resepti üzrə aptek təşkilatlarında hazırlanan dərman vasitələrinə şamil edilmir.Bu qaydaların tələblərinə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır./atv
7news.az








