RU
Bu restorana bankirlər girə bilməz
10:42
1239

Bu restorana bankirlər girə bilməz

Fransada banklardan kredit ala bilməyən restoran sahibi, bankirlərə qadağa qoyaraq, restoranın girişinə "İtlər girə bilər, bankirlər girə bilməz" yazısını qoyub.

Fransanın Hauts-de-Seine inzibati bölgəsində, Rueil-Malmaison-da yerləşən bir restoranın girişində belə bir yazı gözə çarpır: "İtlər girə bilər, bankirlər girə bilməz (70.000 avroluq giriş haqqının ödənilməsi xaric)"

7News.Az xəbər verir ki, "Le Fiqaro" qəzetində yer alan xəbərə görə, restoranın 30 yaşlı sahibi işində yeni bir addım atmaq üçün banklara kredit üçün müraciət edib, amma rədd cavabı alıb. O, banklara reaksiyasını bu şəkildə ortaya qoyub.

Alexandre Callet adlı restoran sahibi 2008-ci ildə hələ 23 yaşında restoranını açmağa qərar verəndə onsuz da çətin bir işə girmişdi. Özü, "kredit alana qədər iyirmiyə qədər rədd cavabını həzm etmək məcburiyyətində qaldım" deyir. Ancaq ilk başdakı çətinliklərə baxmayaraq restoranı ildırım sürətilə yol qət edib.

"Hər dəfə qarşılarında dörd ayaq üzərində dayanmaq məcburiyyətində qalırıq"

Alexandre Callet, "2015-ci il üçün dövriyyə baxımından mükəmməl bir il oldu" deyir. Buna görə o, ikinci bir restoranı açmağa qərar verir. 2015-ci ilin Noyabr ayında yeni şöbəsi üçün ideal bir yer tapır və 70,000 avro məbləğində kredit tələbi ilə banklara müraciət edir.

Restoran sahibi, "borclarımı tamamilə geri verdiyim və dövriyyəmiz də çox yaxşı olduğu üçün kredit almaq asan olmalı idi" deyir. Ancaq işlər planlaşdırıldığı kimi getmir; Yalnız bir bank kredit tələbinə cavab verir və cavabı da mənfi olur; Mənfi cavabın səbəbini də bildirmir. Digərləri isə cavab verməyə də lüzum görməmişdir. Callet bunları danışarkən qəzəblə, "istər restoran sahibi, istər sahibkar olsun, hamımız eyni vəziyyətdəyik. Nə vaxt bir iş qurmağa qərar versək, qarşılarında dörd ayaq dayanmaq məcburiyyətində qalırıq" deyir və əlavə edir: "Günümüzdə bankirlər işlərini görmürlər".

Özünün restoranın qarşısına qoyduğu lövhə isə müştərilərinin bir hissəsini təşkil edən bankirlərə aydın bir mesaj göndərir. Alexander Callet, məqsədinin restoranına gələn insanları narahat etmək deyil, yalnız bir az özləri haqqında düşünmələrini təmin etmək olduğunu qeyd edir. İkinci restoranı açmaq planına gəlincə, o, bu işdən çoxdan əl çəkmişdir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ