İsrailin paytaxtı Tel-Əvivdə pulsuz internet xidməti bələdiyyə tərəfindən xalqın istifadəsinə verilib.
7News.Az-ın “musavat.com”-a istinadən verdiyi məlumata görə, şəhərin fərqli bölgələrində olan 60 wi-fi mərkəzinin köməyi ilə şəhər əhalisi internetdən pulsuz istifadə edə biləcək.
İnternetdən pis əməllər üçün istifadə edilməsin deyə, bələdiyyə işçiləri internetə senzura qoyub və sürət həddi müəyyənləşdirib.
7News.Az








