RU
Bu şəhərdə su olmayacaq
17:20
33

Bu şəhərdə su olmayacaq

Naxçıvan şəhəri 10-cu küçə ərazisində su xəttində qəza baş verib.

7News.Az bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəzanın aradan qaldırıması üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr 2023-cü il tarixdə səhər saat 09:00-dan axşam saat 21:00-dək şəhərin 56, 58, 59, 60, 61-ci məhəllələrinə, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinə suyun verilməsi müvəqqəti dayandırılacaq.

Əliqulu Qəmküsar və Babək məhəllələrində isə suyun təzyiqində azalmalar olacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ