RU
Bu şəxslər Azərbaycandan xaricə buraxılmayacaq
11:25
1430

Bu şəxslər Azərbaycandan xaricə buraxılmayacaq

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin yenilənmiş siyahısını açıqlayıb. 

7News.Az bu barədə nazirliyə istinadən xəbər verir. 

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazilikdən qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ