RU
Bu şəxsləri Azərbaycandan xaricə buraxmayacaqlar
11:17
1607

Bu şəxsləri Azərbaycandan xaricə buraxmayacaqlar

Nazirlik xəbərdarlıq etdi.

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib. 

Bu barədə nazirlikdən bildirilib. 

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən qeyd edilib. 

Nazirlikdən bildirilib ki, 248 nəfər fiziki şəxsin, 90 nəfər isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləri vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb./oxu.az

7News.Az 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ