Heroini özüm cibimdən çıxarıb polisə göstərdim”.
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
7news.Az Region TV-yə istinadən xəbər verir ki, tutulanlar əvvəllər dəfələrlə məhkum olunmuş 54 yaşlı Şavan Bəşirov və onun həmyaşıdı Konstantin Qneuşevdir. Şəxslərin üzərlərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Konstantin Qneuşev və Şavan Bəşirovun əməllərindən zərər çəkənlərdən, onları ekran vasitəsilə görüb tanıyanlardan Bakı Şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Onlar 55, 40, 20 saylı xətt avtobuslarında cibgirlik əməlləri törətməkdə təqsirli bilinirlər.
Faktla bağlı araşdırmalar davam edir.
7news.Az








