RU
Bu skandallı fotosessiyadan sonra cinayət işi qaldırıldı
13:25
1075

Bu skandallı fotosessiyadan sonra cinayət işi qaldırıldı

2008-ci ildə rusiyalı fotoqraf İrina Popova, insan hissləri haqqında fotosessiya çəkmək tapşırığı alır.

Və bir gün, küçədə gəzən vaxt o üst-başları çirk içində olan ana-bala görür və qərara gəlir ki, öz işini onlara həsr etsin.

Fotoqraf onlarla münasibət qurandan sonra, bir müddət onların yaşadıqları evə gedib-gəlir.

İlk dəfə onların evinə gələndə isə, İrina şoka düşür. Evin içərisi eyni zamanda həm zibilliyə həm də ki əxlaqsız yuvasına bənzəyirdi.

Lakin fotoqrafın fikrini, küçədə gördüyü Lilya(ana) və Paşanın(ata) qızı, Anfisa cəlb edir.

Axi necə ola bilər ki, balaca və zərif qızcığaz belə bir dözülməz şəraitdə yaşaya bilir.

Və fotoqraf İrina elə qərara gəlir ki, hər şeyi lentə alsın.

Bir qədər sonra İrinaya, Peterburqdan bu şəkillərdən fotosərgi təşkil etmək təklifi gəlir.

Özü-özlüyündə danışan bu kadrlar internetdə qisa bir zamanda böyük rezonans doğurdu.

Uşağın valideyinlərindən çox, fotoqrafı qınayırdılar.

Axı nəyə görə o, bunları görə-görə heç bir tədbir görmədi.

Və buradan da bir neçə vacib məsələ ortaya çıxır: Fotoqraf həmişə çəkdiyi şəkilləri dəstəkləməlidirmi?

Və kaməranın qarşısında baş verənlərə görə, o məhsuliyyət daşıyırmı?

Polislər bu məsələdən xəbər tutan kimi cinayət işi qaldırıdılar. Valideyinləri türməyə saldılar, uşağı isə kimsəsizlər evinə verdilər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ