Yapon ixtiraçıları pəncərə şüşələrindən keçən günəş işığından elektrik enerjisi əldə etməyin yolunu tapıblar.
7News.Az-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın "Asahi" nəşri yazır.
Alimlər infraqırmızı diapazonda işığı özünə çəkən xüsusi bir material hazırlayıblar. Təxminən üç ildən sonra bu materialla örtülmüş pəncərə şüşələrinin istehsalına başlamaq planlaşdırılır. Bununla yanaşı, şüşələr şəffaf olaraq qalacaq.
Yeni örtük alınan günəş işığının 3,8% -ni elektrik enerjisinə çevirə bilər. İxtiraçılar onun səmərəliliyini artırmaq üzərində çalışır.
Çox güman ki, gələcəkdə pəncərə çərçivələrində elektrik cihazların qoşulması üçün xüsusi yerlər quraşdırılacaq.