RU
Bu tərbiyəsizliyə siz ad verin – Fotolar
18:00
1458

Bu tərbiyəsizliyə siz ad verin – Fotolar

ABŞ-ın Los Angeles ştatında Adam Lyons adlı şəxs eyni evdə 2 sevgilisi ilə birlikdə yaşayır. Hər şeyi evi, uşaq baxımını, yatağı qısaca bütün həyatlarını üçlü bir şəkildə bölüşürlər.

 Adam Lyons və 26 yaşlı sevgilisi Brooke və 25 yaşlı digər sevgilisi Jane ilə eyni evdə 2 uşaqları ilə birlikdə yaşayırlar. Olduqca qəribə olan ailədə Adam, sevgilisi Brookenin keçmiş əlaqəsindən olan oğlu ilə birlikdə yaşayarkən onlara üçüncü sevgili Jane qatılıb. Ardından Brooke ilə Adamın yeni doğulan körpələri də ailədəki yerini alıb. İki qardaş, 2 ana və bir atadan ibarət ailədə böyüyür. Eyni yatağı paylaşan üçlü əlaqədə hər iki qadın biseksualdı. İki sevgilisi ilə yaşayan Adam Lyons isə indi özlərinə üçüncü bir qadın daha axtardıqlarını söyləyir. 34 yaşlı Adam Lyons münasibətlərinin insanlara çox qəribə gəldiyini, ancaq əslində onların bir-birlərini çox sevdiyini və hər kəsin bir-birinə çox əhəmiyyət verdiyini iddia edir. Adama görə, uşaqlar olduqca sevgi dolu və isti bir mühitdə böyüyür.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ