"İraq və Şam İslam Dövləti" (İŞİD) dünyanın ən təhlükəli, ən qəddar terror təşkilatı belə deyil.
Lakin İŞİD-dən də təhlükəli terror təşkilatı var.
Son aylarda ABŞ Suriya-Türkiyə sərhədinin böyük qisminə nəzarəti ələ keçirib, İraqın Rəmadi şəhərini İŞİD-dən azad edib, habelə Rəqqa və Mosul şəhərlərindən qaçqın axınının azalmasına nail olub.
Amma ABŞ "Əl Qaida" terror təşkilatının toruna düşüb.
"Əl Qaida"nın Suriyadakı bölməsi olan "Cəbhət ən Nüsra" İŞİD təki "İslam xilafəti" qurmaq istədiyini desə də, İŞİD-dən daha qorxuludur. Bu terror təşkilatları müxtəlif taktika və vasitələrdən istifadə edir.
İŞİD barədə bütün dünya mediası danışsa da, bu terror təşkilatı Qərbi viran qoymaq istəmir.
"Əl Qaida" isə "Cəbhət ən Nüsra" vasitəsilə yenidən dünya arenasına qayıtmaq, İŞİD məhv ediləndən sonra ən qüdrətli terror təşkilatı olmaq istəyir.
İŞİD ələ keçirdiyi ərazilərdə diktatura yaratmaqda ikən "Cəbhət ən Nüsra" Qərb ölkələrinə terror hücumlarına hazırlaşır./milli
7news.Az








