RU
01:30
861

"BU TƏXRİBATA YOL VERMƏMƏK BİZİM ÜÇÜN PRİNSİPİAL MƏSƏLƏDİR"

Separatçı Dağlıq Qarabağ rejimi yenidən təxribata əl atıb. Yanvar ayında Soçidə keçirilən  Şən və  Hazırcavablar Klubundan kənarlaşdırılan qondarma respublikanın "Duz və çörəklə” adlı  komandası bu dəfə fevralın 16-da  "Moskva və Moskva vilayəti” liqası festivalında çıxış etməyi planlaşdırır.

Rəsmi Bakı və Azərbaycanın Rusiyadakı diasporu separatçı rejimi təmsil edən komandanın bu çempionatda çıxışını qanunsuz sayır.

Rusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri ŞAMİL TAĞIYEV: "Bizim üçün «KVN” səhnəsində  Azərbaycana qarşı bu cür  təxribatın baş tutmasına yol verməmək  prinsipial məsələdir. Bu yaxınlarda Soci şəhərində onların çıxışının qarşısı alındı. Bu məsələdə Azərəbaycanın Xarici İşlər Nazirliyinin və Azərbaycan diasporunun böyük əməyi oldu. Ümüd edirik ki, bu dəfə də  ermənilər  "KVN” yumorunu siyasiləşdirə bilməyəcəklər. Çünki "KVN” siyasətdən kənardır”. /cbc.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ